Azərbaycan birinciliyi başa çatdı

Azərbaycan birinciliyi başa çatdı
21:17 14 Yanvar 2015
145 İdman
Ölkə mətbuatı
A- A+

Şəmkirdə şahmat üzrə uşaq və yeniyetmələr arasında Azərbaycan birinciliyinin seçmə yarışına yekun vurulub.

Yerli Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 5 yaş qrupundan olan şahmatçılar mübarizə aparıblar. 8, 10, 12, 14 və 16 yaşlı qız və oğlan iti zəka sahiblərinin yarışı İsveçrə sistemi üzrə 9 turdan olub. Kəpəz TV (Region TV) xəbər verir ki, 306 idmançının çıxış etdiyi birincilikdə Gəncə komandası 30 şahmatçı ilə təmsil olunub. Onlardan 18-i oğlanlar, 12-i qızlar arasında çıxış edib.

Yarışda Nizami yurdundan olan şahmatçılardan ən yaxşı göstəriciyə 14 yaşlı oğlanlar arasında Babak Cəfərli imza atıb. İti zəka sahibi 9 oyundan 7.5 xal toplayaraq qalib adını qazanıb. 8 yaşlılarda Leyla Budaqova, 10 yaş kateqoriyasında Nəzrin Həsənov, 12 yaşlılar arasında isə Gülsüm Məmmədzadə 9 oyundan 7 xal yığaraq ikinci yerə layiq görülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR