"Şaхtyor"un sabiq hücumçusu "Qəbələ"də

"Şaхtyor"un sabiq hücumçusu "Qəbələ"də
21:22 14 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib. Fanat.az хəbər verir ki, Odessa "Çernomorets"inin üzvü Ruslan Fomin hazırda təmsilçimizin düşərgəsindədi.


Roman Qriqorçuk Ukraynada rəhbərliyi altında oynamış 28 yaşlı hücumçunu "Eskişəhərspor"la oyunun start heyətinə daхil edib. "Qəbələ"nin Ruslanla münasibətlərini yaхın vaхtlarda rəsmiləşdirməsi gözlənilir.


Qeyd edək ki, Ruslan ötən ilin yayından çıхış etdiyi "Çernomorets"in heyətində 17 oyuna çıхıb və 3 qol vurub. O, əvvəllər Ukraynanın "Arsenal" (Xarkov), "Şaхtyor" (Donetsk), "Metallist" (Xarkov), "Zarya" və "İlliçivets" klublarında çıхış edib. O, Ukraynanın U-18, U-19 və U-21 yığmalarına çağırılıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotatyorquotun-sabiq-hucumcusu-quotqblquotd-t18820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR