Bu qidalar hamilə qalmaq şansını azaldır

Bu qidalar hamilə qalmaq şansını azaldır
12:53 1 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Pestisitin (kənd təsərrüfatında istifadə edilən dərman) daxil olduğu tərəvəz və meyvələri çox yeyən qadınlar süni mayalanmanın alınma şansını aşağı salır. Bu maddə bəzi hallarda isə sonsuzluq yarada bilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli ginekoloq və süni mayalanma üzrə mütəxəssis Betül Görgen “Internal Medicine” jurnalında çıxan araşdırmanın detalları haqqında danışıb:

"Tədqiqatda 325 qadının qidalanma menyusu nəzərdən keçirilib. Tədqiqatlar nəticəsində məlum olub ki, bəzi qadınların menyusunda tərkibinə pestisit daxil olan meyvə və tərəvəzlər üstünlük təşkil edir.

Bu könüllü iştirakçılardan 228-i uşaq sahibi olub. Amma uşaq sahibi olan qadınların daha az pestisitli məhsullara üstünlük verdiyi üzə çıxıb. Məlum olub ki, qışda yaz və yay mövsümünün meyvə və tərəvəzlərini yeyən qadınların süni mayalanma yolu ilə uşaq sahibi olmaq şansı azdır.

Heyvanlar üzərində aparılan tədqiqatlarda pestisidlərin endokrin sistemin funksiyasını pozduğu da müşahidə olunub".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/274255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR