Evi yandırıb sonra intihar etdi

Samuxda yaşayış evində yanğın olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğınsöndürən avtomobil cəlb olunub.

Evə baxış zamanı ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir. H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR