Görən inana bilmir

Kastamonu Dokuzkat kəndində odunçuluq edən Osman Balta kəsdiyi bir qoz ağacının gövdəsində qadın silueti olduğunu görüb.


Metbuat.az xəbər verir ki, Art üzərinə su tökərək qarşılaşdığı mənzərəni fotoya alıb.

Çəkdiyi fotoları sosial mediada bölüşən Balta, qısa müddətdə ölkənin dörd bir yanından telefon almağa başlayıb. Osmanı axtaran çoxlu adam ağacı satın almaq istədiklərini bildirərək, silueti görmək üçün Kastamonuya gələcəklərini deyib.

Osman Balta etdiyi açıqlamada, Kastamonu bölgəsində yerləşən istehsaldan düşən ağacları kəsib Bursadakı bir firmaya ünvanlandığını, firmanın da ağacları mebel istehsalında istifadə etdiyini bildirib.

Kəsdiyi bir ağacın gövdəsində "qadın silueti" olduğunu fərq edincə təəccübləndiyini bildirən Balta, peşə həyatı boyunca xeyli sayda ağac kəsməsinə qarşı ilk dəfə belə bir vəziyyətlə üzləşdiyini söyləyib.

Balta, siluetin ağacın kökündən başlayıb yuxarıya doğru 2 metr davam etdiyini dilə gətirərək, "ağacın fotonu sosial mediada bölüşdükdən sonra olduqca maraq gördü. İstanbuldan, Bursadan çox sayda adam axtarırdı. Biz gəlib baxacağıq, ondan sonra sat dedilər" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR