Rus əsgər İrəvana gətirilir

Rus əsgər İrəvana gətirilir
22:46 14 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrü şəhərində 6 nəfəri qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbiçi Valeri Permyakov Ermənistanda mühakimə olunacaq.

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistanın baş prokuroru Qevork Kostanyan açıqlama verib.

“Sizi inandırıram ki, cinayətkar Ermənistan ərazisində mühakimə ediləcək və hamının bu prosesi izləmək imkanı olacaq”, - deyə Kostanyan bildirib.

Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi barədə qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR