Ronaldo və İrina Şeyk ayrıldı

Ronaldo və İrina Şeyk ayrıldı
22:56 14 Yanvar 2015
185 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl "Qızıl top" mükafatını dalbadal ikinci dəfə, ümumilikdə isə üçüncü dəfə qazanan futbolçu Kriştiano Ronaldonun sevgilisi İrina Şeykdən ayrılması xəbəri yayılıb.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, hər zaman tədbirlərə modellə gedən futbolçunun mükafatlandırma gecəsinə tək qatılması şübhələrə yol açıb.

Kriştiano mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq "ayrılmamışıq" desə də, İrinanın Tvitterdə Ronaldonun abunəsindən çıxması və sevgilisini təbrik etməməsi yayılan xəbəri təsdiqləyib.  

Qeyd edək ki, fanatlarının da bir-birinə yaraşdırdığı və qibtə etdiyi cütlük 5 ildir, bir yerdədirlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR