OLAY! Bu qız atası haqqında görün nələr dedi?

Adanada bazar günü evini tərk etdikdən sonra xəbər alınmayan Vesile Ergen adlı gənc qız tapılıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, qadın sığınacaq evinə yerləşdirilən gənc qız atasının onu fiziki şiddətə məruz qoyduğunu deyib, ata isə iddiaları yalanlayıb.

Əldə edilən məlumata görə, hadisə Seyhan Ova Məhəlləsində meydana gəlib.

Vesile Ergen (20) bazar günü axşam evdən ayrıldı və evə geri qayıtmadı.

Bunun üzərinə ailəsi Şakirpaşa Polis Mərkəzinə müraciət edib.

Lakin o gündən sonra qızdan heç bir xəbər çıxmayıb.

Gənc qız dünən axşam polis tərəfindən tapılıb.

Gənc qızın polisə verdiyi ifadədə atası Fikri Ergenin onu döydüyünü deyib:

"Atam məni bəzən səbəbsiz yerə döyür. Bu səbəblə evdən qaçdım və evə getmək istəmirəm. Məni qadın sığınma evinə yerləşdirin".

Gənc qız sığınacağa yerləşdirilib.

Fikri Ergen isə qızını qəti döymədiyini, bir müddət əvvəl bir ailənin oğluna qızını istədiyini ifadə edərək, "Biz qızımızı evlənməsini istəmədik. Ancaq qızım evlənmək istədi. Ailə də bizə israr etdi, amma biz qızımızı yenə də vermədik. Bu səbəblə qızımı aldadıb evdən qaçmasına və daha sonrada mənə böhtan atıb qadın sığınma evinə yerləşməsinə səbəb oldular. Mən qətiliklə qızımı heç bir zaman döyməmişəm "deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR