Qubada bu işıqfor ölüm gətirə bilər (VİDEO)

Qubada bu işıqfor ölüm gətirə bilər (VİDEO)
23:21 14 Yanvar 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Orta məktəbin yaxınlığında yerləşən işıqfor bir neçə aydır işləmir.

ANS TV-nin bölgə müxbirinin verdiyi məlumatına görə, Quba şəhərindəki 1 saylı orta məktəbin yaxınlığında - Şəhərin Əliqulu Nərimanov küçəsindəki işıqfor bir neçə aydır ki, işləmir. Nəinki məktəblilər, bütün təbəqədən olan sakinlər avtomobil yolundan çətinliklə keçirlər.

İşıqforun aylardır işləməməsi valideyn Rafiq Abbasovu əməlli başlı narahat edir. Onun sözlərinə görə, müvafiq qurumlar bu mərkəzi yoldakı narahatçılığı görməməzlikdən gəlirlər.

“Sentyabr ayının 15-də tədris ili başlayır. Amma işıqfor avqust ayında işləmir. Onun təmirə ehtiyacı var. Nə üçün İşıqfor təmir olunmur? Bu çox maraqlıdır, çünki bunun cavabını tapmaq olmur”.

İşıqforun işləməməsi ucbatından sürücülərin özlərinin yolu nizamladıqlarının şahidi olduq.

İşıqforun işləməməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Quba Rayon Yol Polisi bölməsinə müraciət etdik. Bölmədən şifahi olaraq bildirildi ki, işıqforun bəzi detallarının tapılmaması səbəbindən təmiri işi başa çatmayıb.

Bu cavabla kifayətlənməyib DİN-in Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi siqnal idarəsinin Xaçmazdakı sahə rəisi Telman Əliyevlə görüşdük. Telman Əliyev həmin işıqforun qəza nəticəsində avtomobil tərəfindən üç ay bundan əvvəl yararsız hala salındığını, artıq həmin sürücünün məhkəmə qərarı ilə ziyanı ödədiyini və işıqforun təmir edilib işlək vəziyyətə gətirildiyini dedi. Elə isə bəs işıqfor niyə işləmir?

"Yolların buz bağlaması ilə bağlı olaraq yollarda qəza olmasın deyə biz onların hamısını söndürməli oluruq", deyə Telman Əliyev bildirdi.

Deməli Qubada qarlı, şaxtalı havalar nə qədər davam edəcəksə, bu işıqfor da işləməyəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR