Türkiyə müsəlmanların haqqını belə qorudu

Türkiyə müsəlmanların haqqını belə qorudu
23:46 14 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Diyarbakır vilayət məhkəməsi “Charlie Hebdo” jurnalının üz qabığındakı karikaturanı yayan saytlara girişi qadağan edib.

ANS PRESS-in məlumatına görə, jurnalın üz qabığındakı karikaturada əlində “Mən Şarliyəm” plakatı olan Məhəmməd peyğəmbərin (s.a.s) ağladığı təsvir olunub.

Məhkəmənin qərarında bildirilir ki, jurnalın bu hərəkəti müsəlmanlar üçün təhqirdir.

Karikaturanı yayan saytlara girişi qadağan edilməsini təklifini vəkil Erdjan Sezqin verib. Məhkəmə onun bu təklifini qəbul edib və qərar çıxarıb.

Qeyd edək ki, “Charlie Hebdo”nun 14 yanvar sayı 3 milyon tirajla çıxıb. Amma tələbata əsasən daha 2 milyon tirajın da çap olunması qərara alınıb. Bu nömrə türkcə də daxil olmaqla 6 dildə nəşr edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR