Xərçəngə qarşı universal vasitə hazırlanır

Xərçəngə qarşı universal vasitə hazırlanır
00:12 15 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Alimlər gen səviyyəsində xərçəng hüceyrələrinin inkişafının qarşısını almağı öyrəniblər.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Şərqi İngiltərə Univeristetinin alimləri xərçəng şişləri genlərini araşdırarkən belə bir yeniliyi kəşf ediblər.

Burada söhbət WWP2 genindən gedir. Bütün insanlarda olan bu gen orqanizmdəki bəd xassəli şişlərin inkişafı prosesində aktiv iştirak edir.

Britaniyalı alimlər aşkar ediblər ki, WWP2 geninin bloklanması ilə xərçəng şişinin qarşısını almaq mümkündür. Onlar həmin nəzəriyyəni laboratoriya sınaqları ilə də təsdiqləyə biliblər.

Bu bilgiləri nəzərə alaraq alimlər xərçənglə mübarizə üçün yeni dərman vasitələri hazırlamağı planlaşdırırlar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR