Saatlıda mənzildə faciə: yanan arvadının köməyinə gəldi....

Saatlıda mənzildə faciə: yanan arvadının köməyinə gəldi....
10:29 5 Aprel 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Saatlıda mənzildə partlayış olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Nabatkənd kəndində qeydə alınıb.

Kənd sakini Mirzəhra Həsənova hər iki yuxarı tərəfinin, boynunun, sifətinin və saçının ütülməsi xəsarətlərilə bağlı Sabirabad Mərkəzi Xəstəxanasına daxil olub. 

Rayon prokurorluq əməkdaşları faktla bağlı müəyyən tibbi ekspertizalar həyata keçirib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1983-cü il təvəllüdlü Mirzəhra Həsənova dünən səhər saatlarında mənzildə qaz sobasını yandırarkən partlayış baş verib. Nəticədə qadın ağır yanıq xəsarətləri alıb. Ona köməyə gələn həyat yoldaşı Rəhman Həsənov da ikinci dərəcəli yanıq xəsarətləri alıb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR