Atatürk aeroportunda “Böyük köç” başladı - FOTO

Atatürk aeroportunda “Böyük köç” başladı - FOTO
10:37 5 Aprel 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Atatürk Hava Limanının köçürülməsi prosesinə start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Böyük köç" Türkiyə vaxtilə saat 03:00-da başlayıb. 

Türk Hava Yollarının (THY) boş təyyarələri Atatürk aeroportundan İstanbul Hava limanına eniş edib. 

Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunur.

TYH İdarə Heyətinin sədri İlker Aycı 45 saat davam edəcək köçmə prosesinin 25 faizinin həyata keçirildiyini bildirib.

Qeyd edək ki, İstanbul Hava limanının oktyabrın 29-da- Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Atatürk Hava Limanı 1912-ci ildə açılıb. İlk uçuş 1933-cü ildə İstanbuldan Ankaraya olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR