I rübdə sahibkarlar elektrik şəbəkəsinə qoşulmaq üçün 1,8 mln. manat ödəyib

I rübdə sahibkarlar elektrik şəbəkəsinə qoşulmaq üçün 1,8 mln. manat ödəyib
10:37 5 Aprel 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 636 müraciətə baxılıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə isə 148 olub.
Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.
Bu dövrdə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 9 858,4 kVt güc sifariş edilib və 1 779 318,52 manat qoşulma haqqı ödənilib.
Bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, SumqayıtGəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-ilin-i-rubunde-texniki-suralar-vasitesile-636-muraciete-baxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR