Qəbələ”nin sabiq baş məşqçisi: "Otuz yaşa qədər yaşayacağımı düşünmürdüm"

Qəbələ”nin sabiq baş məşqçisi: "Otuz yaşa qədər yaşayacağımı düşünmürdüm"
10:47 5 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

“Qarşınızda hər şeyə rəğmən həyatda qalan adam dayanıb. Alkoqol aludəçisi olduğum dönəmdə 30 yaşa qədər yaşayacağımı düşünmürdüm”.
“Report” xəbər verir ki, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “The Telegraph” nəşrinə müsahibəsində deyib. 53 yaşlı ingiltərəli mütəxəssis spirtli içki qəbul edəcəyi halda onu nələrin gözlədiyini yaxşı bildiyini söyləyib: “Sürdüyüm həyat tərzinə baxaraq, tezliklə öləcəyimi düşünürdüm. Necə yaşamalı olduğumu bilmirdim, ancaq intihar etməkdən də qorxurdum. Öz xəstəliyimi bilirəm və bir saniyə də olsa, onunla bacaracağımı zənn etmirəm. İçki içdiyim vaxtlarda şalvarıma batıra və o formadan pabdan gedə bilərdim. Bu, dəhşətli idi. İndi içkə içsəm, mənimlə nə baş verəcəyini yaxşı anlayıram”.
dam alkoqol aludəçi olduğuna görə ilk həyat yoldaşından boşandığını, eləcə də 58 gün həbsdə qaldığını vurğulayıb. O, 16 avqust 1996-cı il tarixindən, daha da dəqiq – saat 17:00-dan etibarən spirtli içki qəbul etmədiyini bildirib.
İngiltərəli mütəxəssis daha sonra xeyriyyə məqsədi ilə alkoqolizmlə mübarizə klinikası açıb. Klinikada 100-ə yaxın əməkdaş çalışır.
Qeyd edək ki, Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabr ayınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. O, Azərbaycan təmsilçisi ilə yanaşı, İngiltərənin “Uikomb” və “Portsmut”, eləcə də İspaniyanın “Qranada” komandalarının baş məşqçisi olub. London “Arsenal”ının sabiq kapitanının məşqçilik karyerası uğursuz alınıb və hazırda işsizdir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/otuz-yasa-qeder-yasayacagimi-dusunmurdum

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR