Avropa komissarı: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar mayın ortalarınadək yekunlaşa bilər

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar mayın ortalarınadək başa çata bilər.

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

O qeyd edib: "Əgər biz sonuncu mərhələyə vaxtında başlasaq, saziş üzrə danışıqları həqiqətən də başa çatdıra biləcəyik və sənəd martın ortalarında "Şərq tərəfdaşlığı"nın 10-cu ildönümü ərəfəsində razılaşdırılacaq. Düşünürəm ki, bu sazişə malik olmaq vacibdir".

Y.Han bildirib ki, Aİ və Azərbaycan bir çox sahələrdə yaxın tərəfdaşdırlar:

"Avropa İttifaqı Azərbaycanın iri ticarət və investisiya tərəfdaşıdır. Bizim tərəfdaşlıq prioritetlərimizə uyğun olaraq, iqtisadi əlaqələrimizi, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı şaxələndirilməsinə, ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək və ümumilikdə işgüzar və investisiya mühitinin yaxşılaşdırılması yolu ilə möhkəmləndirməyə çalışırıq".

Aİ komissarı vurğulayıb ki, tərəflər arasında "Cənub Qaz Dəhlizi" üzrə əməkdaşlığı göstərən energetika sahəsində strateji tərəfdaşlıq da mövcuddur: "Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və azad ticarət zonasının inkişafına dəstək verilməsində də maraqlıyıq".

O, yaxın vaxtlarda Avropa İttifaqı və Azərbaycanın ümumi aviasiya sazişi üzrə danışıqları yekunlaşdıracağına ümid etdiyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR