Bakıda Dövlət-Biznes Dialoqu Platformasının təqdimatı keçirilir (FOTO)

Bakıda Dövlət-Biznes Dialoqu Platformasının təqdimatı keçirilir (FOTO)
10:50 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdim edib.

Trend-in məlumatına görə, mərkəzin icraçı direktoru Vüsal Qasımlı portal barədə məlumat verib: "Komissiya "Azranking.az" portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkili, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır".

Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Portalda komissiya haqqında məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3041841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR