FIRILDAQÇILIQ! Saxta diplomlu həkimi

Bursada saxta diplom ilə açdığı nitq mərkəzinə gələn 33 nəfəri müalicə etmə vədilə aldatmaqla günahlandıran məhbus müqəssir Əmrə Nuri Qorqud,(40) 55 il həbs cəzasına məhkum edilib.

Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, Əmrə Nuri Qorqud Bursada 2018-də açdığı pəltəklik və nitq qüsurları mərkəzində Pensilvaniya Universitetindən də nitq və dil patologiyası ilə sertifikatının olduğunu bildirərək xəstələrinin etimadını qazanmağa çalışıb. Ancaq Qorqud bir xəstəsinin şübhələnib şikayətçi olması ilə əlaqədar saxlanılıb. Şübhəlinin lisey məzunu olduğu müəyyən edilərkən iş yerində aparılan axtarışda da saxta diplomlar, professor fəaliyyəti ilə məşğul olunduğunu göstərən "titul" sənədləri ələ keçirilib. Əmrə Nuri Qorqud 22 Fevral 2018-də sövq edildiyi ədliyyədə sərbəst buraxılıb. Ancaq Bursa Dövlət İttihamçısının etirazı üzərinə Qorqud, yenidən çıxarıldığı məhkəmədə həbs olunub.

Bursa 5-ci Ağır Cəza Məhkəməsində haqqında rəsmi sənəddə saxtalaşdırma və dələduzluq cinayətlərindən açılan davada 33 nəfərin şikayətçi olduğu Əmrə Nuri Qorqudun məhkəməsində qərar çıxıb. Məhkəmə iclasındaa Qorqud ilə vəkili və bəzi şikayətçilər iştirak edib.

Məhkəmə heyəti, toplanan dəlillər nəticəsində sadə dələduzluq cinayətindən 33 şikayətçinin hər birindən 1 il 8 ay həbs cəzası olmaq üzrə müttəhimin cəmi 55 il həbs cəzasına məhkum edilərək həbs halının davamına qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR