Bu telefonlarda İnstaqram işləməyəcək

Bu telefonlarda İnstaqram işləməyəcək
11:28 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Foto və video paylaşım şəbəkəsi olan İnstaqram “Windows 10” versiyalı telefonlarında dəstəklənməyəcək.

Publika.az xəbər verir ki, şirkət rəsmilərinin yaydığı açıqlamaya görə, aprelin 30-dan etibarən bu yenilik qüvvəyə minəcək.

Lakin bu, sürpriz qərar deyil. Belə ki, şirkətin bu qərarı verməsinə səbəb bu telefonların sayının dünyada az olmasıdır. Ona görə də həmin telefonlar üçün sistemi inkişaf etdirmək istəmirlər.

Artıq növbəti aydan “Windows 10” versiyalı telefonlar instaqramı dəstəkləməyək. Lakin istifadəçilər brauzer vasitəsilə instaqramdan paylaşımları izləyə biləcək.

Yeni nəsil telefonların istifadəyə verilməsi ilə populyarlığını itirən “Windows 10” telefonlarına bununla daha bir zərbə vurulmuş oldu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/274681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR