Vüqar Gülməmmədov: "Son 5 ildə 72 mln manatdan çox vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub"

Vüqar Gülməmmədov: "Son 5 ildə 72 mln manatdan çox vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub"
11:37 5 Aprel 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hesablama Palatasının 2018-ci ildə müəyyən etdiyi nöqsanlar 8 əsas istiqamət üzrə təsnifləşdirilib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı palatanın sədri Vüqar Gülməmmədov bildirib. 
Onun sözlərinə görə, ötən il 714 halda nöqsan aşkar edilib, bunlar büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları üzrə yol verilən nöqsanlardır.
2018-ci ildə ümumilikdə 23,3 mln. manat vəsaitin bərpası təmin olunub. 904,7 min manatın DSMF büdcəsinə bərpası təmin olunub. Son 5 ildə 69,5 mln manat vəsaitin dövlət büdcəsinə, 2,6 mln. manat vəsaitin isə DSMF büdcəsinə bərpası təmin olunub. Ümumilikdə, 5 il ərzində 72,1 mln. manat vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub.”, - V.Gülməmmədov əlavə edib.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/son-5-ilde-72-mln-manatdan-cox-vesaitin-dovlet-budcesine-berpa-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR