Hesablama Palatası nöqsanları daha çox hansı sahələrdə aşkarladı?

Hesablama Palatası nöqsanları daha çox hansı sahələrdə aşkarladı?
11:55 5 Aprel 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zaman deyib.

V.Gülməmmədov bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb.

Palata sədri bildirib ki, Milli Məclisin komitəsində ilk dəfə olaraq illik hesabatını təqdim edir. O qeyd edib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb. Hesabat ilində dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: "Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə sosial müdafiə fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3041910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR