"Türkiyə "F-35" proqramından çıxarılsa..." - ABŞ-dan KRİTİK AÇIQLAMA

"Türkiyə "F-35" proqramından çıxarılsa..." - ABŞ-dan KRİTİK AÇIQLAMA
12:03 5 Aprel 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə “F-35 Lightning II” döyüş təyyarələrinin istehsal proqramından çıxarsa, ciddi problemlərlə qarşılaşacağıq”.

Publika.az xəbər verir ki, bunu proqrama sədrlik edən ABŞ ordusunun admiralı Matyas Uinter deyib.

Konqresin Nümayəndələr Palatasında ABŞ-ın daxil olduğu proqramlarla bağlı brifinqdə çıxış edən admiralın sözlərinə görə, Türkiyə proqramdan çıxarılarsa, külli-miqdarda maddi kompensasiya ödməklə yanaşı, proqramın bitmə zamanında ciddi problemlər yaşanacaq: “Bu vəziyyətdə, iki il ərzində 50-75 arası daha az qırıcı istehsal edəcəyik. Bundan başqa, hər ildə 90 gün itirəcəyik”.

Admiral qeyd edib ki, Türkiyənin proqramdan çıxarılması kimi bir vəziyyət müzakirə mövzusu ola bilməz.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/274690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR