Bu rayonlara YENİ POLİS RƏİSİ təyin edildi

Bu rayonlara YENİ POLİS RƏİSİ təyin edildi
12:09 5 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
ONA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
 
Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR