Nazir: Dövlət himni səslənəndə gənclərdə vətənpərvərlik, qürur hissi yüksəlməlidir

Nazir: Dövlət himni səslənəndə gənclərdə vətənpərvərlik, qürur hissi yüksəlməlidir
12:15 5 Aprel 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Dövlət himni səslənəndə gənclərdə vətənpərvərlik, qürur hissi yüksəlməlidir.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində III MilliMUN – BMT Modeli üzrə Milli Konfransın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, ona görə də hər kəs himni bərabər oxunmalıdır:

"Təkcə ölkəmizdə keçirilən tədbirlər deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə himnimiz səsləndirilərkən hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxusun".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3041928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR