"Azərbaycan 2019-cu ildə “Doing Business” reytinqində islahatçı ölkələrin ilk onluğuna daxil olacaq"

"Azərbaycan 2019-cu ildə “Doing Business” reytinqində islahatçı ölkələrin ilk onluğuna daxil olacaq"
12:17 5 Aprel 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2019-cu ildə də ötən il olduğu kimi "Doing Business" reytinqində islahatçı ölkələr arasında ilk onluğa daxil olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal idarəetməyə keçid dövlət və özəl sektorlara əlavə dividendlərin cəlb olunması baxımından məqsədəuyğundur:

"Eyni zamanda bu, özəl sektorun imkanlarının təhlili prosesində vaxta qənaət etməyə imkan verəcək. Beləliklə, biz biznes və idarəetmə sahəsində vacib məsələlərə daha çox diqqət ayıra biləcəyik. Bununla da dövlət və özəl biznes arasında dialoq platformasının qurulması məsələsində beynəlxalq strukturların təcrübəsindən yararlanmaq niyyətindəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR