Problemli kreditlərlə bağlı siyahıda adı olmayanların NƏZƏRİNƏ - Rəis AÇIQLADI

Problemli kreditlərlə bağlı siyahıda adı olmayanların NƏZƏRİNƏ - Rəis AÇIQLADI
12:38 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

“Problemli kreditlərə verilən güzəştlərlə bağlı vətəndaşlar tərəfindən hər hansı bir mübahisəli halın yaranması varsa, həmin halların Palata nəzdində yaradılmış apellyasiya komissiyası tərəfindən baxılması və həmin komissiyada yekun qərarın verilməsi nəzərdə tutulur”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov deyib.

Onun sözlərinə görə, 10 min dollardan aşağı kredit götürən, amma siyahıda adı çıxmayan şəxslərlə bağlı qərarlar qəbul ediləcək.

“Kompensasiya məbləği fərqli olan vətəndaşların sorğuları ilə bağlı qərarlar veriləcək. Ümumilikdə qaydalarda kompensasiyaların hansı formada ödənilməsi, nağd, hansı hallarda plastik kartlar üzərində aparılması nəzərdə tutulur. Bundan əlavə, qaydalar həmçinin fəaliyyətdə olan banklar, bank olmayan kredit təşkilatları üzrə hesablanmış kompensasiyalar, eyni zamanda ləğvetmə prosesində olan bankların müştəriləri üçün hesablanmış kompensasiyaların necə ödənilməsi ilə bağlı məqamları əhatə edir”. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/pul/274695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR