Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandiri güllələnib.
Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, bu gün saat 08:10 radələrində Malatiya polis bölməsinə Cənub-Qərb məhəlləsinin “Andranik 90” binasının birində atəş səsləri eşidilməsi və yaralının olması ilə bağlı məlumat daxil olub.
Hüquq-mühafizə orqanları qeyd edilən binanın birinci mərtəbəsində silahdan açılmış iki güllə tapıblar. Məlum olub ki, qeyd edilən binanın sakini Coni Samsonyan ayaq nahiyəsindən güllə yarası alaraq hadisə yerindən “Astğik” tibb mərkəzinə yerləşdirilib.
Məlumata görə, sonuncu Ermənistan MN-in “N” saylı hərbi hissəsində hərbi hissə komandiri kimi işləyir. Güllə yarası almış komandir ona atəş açan şəxsi məhz özü zərərsizləşdirib və Malatiya polis bölməsinə məlumat verib.
Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddələri və 235-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb. Hələlik atəş açan şəxsin kimliyi haqqında məlumat verilmir.