“İnci” qrupu Hindistanda beynəlxalq festivalda Azərbaycanı təmsil edib

“İnci” qrupu Hindistanda beynəlxalq festivalda Azərbaycanı təmsil edib
13:12 5 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

“İnci” qrupunun “World Sacred Spirit” beynəlxalq festivalında iştirakına həsr olunan təqdimat mərasimi keçirilib.
"Report"un məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdən əvvəl əməkdar artist Təranə Əliyeva rəhbəri olduğu “İnci” qanun (kanon) qrupunun Hindistanın Jodhpur şəhərində keçirilən “World Sacred Spirit” festivalında Azərbaycanı təmsil etməsi barədə məlumat verib.
"İnci" qrupu festivalın açılış və bağlanış konsertlərində iştirak etdi. Festival Naqaur və Mehrangah qalalarında keçirilirdi. Qrupumuz Mehrangah qalasında keçirilən solo konsertdə "Telli durnalar" türk qrupu ilə "Reyhan" mahnısını ifa etdilər. Festivalda dünyanın bir çox ölkəsindən qruplar çıxış edirdi. Festival boyu çalışdıq ki, özümüzün xalq rəqslərimizdən, muğamlarımızdan geniş istifadə edək", - o deyib.
Qrup konsertdə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiyasının təşkilatçılığı ilə iştirak edib.
Təqdimatdan sonra “İnci” qanun qrupunun ifasında musiqilər səsləndirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/i-nci-qrupu-hindistanda-beynelxalq-festivala-qatilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR