Məşhur aktrisa sevgili axtarır - "10 ildir təkəm"

Məşhur aktrisa sevgili axtarır - "10 ildir təkəm"
13:12 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Las-Veqasda hər il keçirilən "CinemaCon" film festivalı yenidən baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecəyə çox sayda məşhur sima qatılıb. Onlar arasında son günlər yeni çəkildiyi "Long Shot" filmi ilə gündəmə gələn Şarliz Teron yer alıb.

Festival çərçivəsində keçirilən "Entertainment Tonight" adlı partiyə gələn aktrisa şəxsi həyatından danışıb. Şarliz etiraf edib ki, 10 ildir ciddi münasibəti yoxdur.

"10 ildir tənhayam. Kimsə cəsarətini toplayıb, mənə yaxınlaşmalıdır. Azadam. Kişilərə səslənirəm, cəsarətli olun", - aktrisa söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Şarlizin Bred Pittlə sevgili olma xəbəri yayılmışdı. Aktrisa belə bir halın olmadığını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR