Bu nazirliklərin işçiləri veloyürüş keçirəcək

Bu nazirliklərin işçiləri veloyürüş keçirəcək
13:23 5 Aprel 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında Veloparkda veloyürüş keçiriləcək.

Publika.az xəbər verir ki, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunacaq.

Aprelin 7-si saat 12:00-da keçiriləcək veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edəcək.

Qeyd edək ki, 7 aprel–Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməkdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/274698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR