Şənbə günü hava dəyişəcək - XƏBƏRDARLIQ

Şənbə günü hava dəyişəcək - XƏBƏRDARLIQ
13:24 5 Aprel 2019
213 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da plkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək. 
Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
 
Rayonlarda da sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. 
 
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti və arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR