Ramil Usubov 2 rayona yeni polis rəisi təyin etdi

Ramil Usubov 2 rayona yeni polis rəisi təyin etdi
13:27 5 Aprel 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR