Bakıdakı dünyanın 8-ci möcüzəsindən möhtəşəm görüntülər (VİDEO)

Bakıdakı dünyanın 8-ci möcüzəsindən möhtəşəm görüntülər (VİDEO)
00:21 15 Yanvar 2015
163 Ölkə
Ölkə mətbuatı
A- A+

"Neft Daşları” dünyanın səkkizinci möcüzəsi sayılır.

“Neft Daşları”na gəlmək yalnız hava və dəniz nəqliyatı ilə mümkündür. Neft daşlarına ilk gələn insan burada təhlükəsizlik tədbirlərinə də mütləq əməl etməlidir.

Bu isə neft şəhərinin ən əsas şərtlərindən biridir. İri şəhərlərdə addımbaşı rast gəlinən yol hərəkəti qaydaları və nişanlarını burada piyada davranışı qaydaları əvəzləyir. Hər yerdə ani diqqətsizliyin hansı təhlükələrə yol aça biləcəyi barədə lövhələrə rast gəlmək mümkündür.

“Neft Daşları” paytaxt Bakıdan 90 km. aralıda yerləşir və hazırda, “Neft daşları”nda 3500-dən artıq insan yaşayır və işləyir. "Neft Daşları”nın bu ərazidə yaranmasına səbəb isə quyu olub. 1949-cu ilin iyul ayında qazılan quyudan ilk dəfə neft fontan vurub. Elə ondan sonra da burada “Neft Daşları” yaranıb.

O vaxtkı, neftçilərin burada ilk şəhər salma cəhdləri isə 7 gəmini əraziyə gətirməklə başlayıb. Hazırda 7 gəmi adası adlanan əraziyə gətirilən hər bir gəminin üzərində beton lövhələr vasitəsilə kiçik tikililər inşa edilib. Bu tikililərdə ərazidə 24 saat işləyən neftçilərin yaşaması və yeni neft quyularının aşkar edilməsi üçün yoxlamaların aparılması təmin edilib. 65 il ərzində isə çox şey dəyişib.

“Neft Daşları”nın təməlini qoyan 7 gəmini indi 7 yataqxana binası əvəz edir. 2-si doqquz, qalanları isə 5 mərtəbəli yaşayış binası olan tikililərin bünövrəsi xüsusi borular vasitəsilə birbaşa dənizin dibində salınıb. Tikililərin hər birinin yeraltı təkanlara və güclü dalğaya dayanıqlığı nəzərə alınıb. Dəyişən isə yalnız dənizdə məskən salan neftçilərin artması deyil.

Ötən illərdən fərqli olaraq indi “Neft Daşları”nda Xəzərin ekologiyasının çirklənməməsi üçün də daha ciddi addımlar atılır.

Neft şəhərinin baş geoloqu deyir ki, əvəllər çıxarılan neftin tullantısı birbaşa Xəzərə axıdılırdı. Bu isə ekologiyanın ciddi formada pozulmasına gətirib çıxarırdı. İndi isə bu cür fakta rast gəlmək mümkün deyil. Çünki, neftlə qarışıq yerin altından çıxarılan su bir neçə mərhələ keçdikdən sonra neftdən tam təmizlənir və yenidən laylara ötürülür. Bu prossesin təkmilləşdirilməsi üçün isə yeni işlərə başlanılıb.

“Gündəlik olaraq xeyli su ilə qarışıq neft hasil olunur. Bu sular neftyığma məntəqələrində təmizləndikdən sonra lay təzyiqin saxlanması sexinə ötürülür. Hazırda Xəzərdə qapalı bir sistem yaradılıb. Dənizə neft tulantılarının axıdılmasının qarşısı tamamilə alınıb”, - deyə baş geoloq Əhəd Abdıyev bildirib.

Neftçilər isə 65 ildir istismar edilən neft quyularından daha yüksək nəticə əldə etmək istiqamətində çalışırlar.

Neft-Qaz Çıxarma İdarəsinin rəisi Qoçalı Mahmudov bildirdi ki, bu il məqsəd 947 min illik planı yaxın müddətdə 1 milyon ton hasilata çatdırmaqdır.

Hazırda “Neft Daşları”nda 438 neft quyusundan gündəlik 2600 ton “qara qızıl” hasil edilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=319752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR