Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11,3% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11,3% artıb
13:37 5 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay Azərbaycandan Gürcüstana 117 050 nəfər səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə gedənlərin sayı 11 865 nəfər və ya 11,3% artıb. Bu göstərici ilə Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayına görə birinci yeri tutub.
Azərbaycandan sonra ilk üçlükdə 98 480 nəfərlə Rusiya, 84 403 nəfərlə isə Ermənistan yer alıb.
Mart ayında Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı illik müqayisədə 6,4% artaraq 619 325 nəfər təşkil edib. Səfər edənlərin 328 486 nəfəri turistlər olub. Qonşu ölkəyə səfər edən turistlərin sayı ötən ilin analoji göstəricisi ilə müqayisədə 13 536 və yaxud 4,3% çoxdur. 


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycandan-gurcustana-sefer-edenlerin-sayi-11-3-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR