Gömrükçülər İrandan daxili orqanında narkotik vasitə keçirmək istəyən vətəndaşı saxlayıblar

Gömrükçülər İrandan daxili orqanında narkotik vasitə keçirmək istəyən vətəndaşı saxlayıblar
13:42 5 Aprel 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından piyada yol ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.
Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə, ümumilikdə 206 qram narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomrukculer-daxili-orqaninda-i-randan-narkotik-vasite-kecirmek-isteyen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR