Radioya silahlı basqın: aparıcı və qonaqları soyub qaçdılar - VİDEO

Radioya silahlı basqın: aparıcı və qonaqları soyub qaçdılar - VİDEO
13:47 5 Aprel 2019
54 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyada bir radio stansiyasındakı canlı yayıma silahlı basqın edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aparıcı və qonaqların əşyalarını oğurlayan hücumçular aradan çıxıblar. Hadisə San Paolo şəhərində baş verib.

Ən azı dörd silahlı şəxs canlı yayıma basqın edib. Qonaqlar və aparıcı soyğunçuluğa məruz qalıb. Soyğunun görüntülərinə əsasən, hücumçular aparıcı və qonaqları hədələyiblər, masanın üstündəki telefonları, qonaqların saat və zinət əşyalarını götürərək aradan çıxıblar. Studiyanın digər işçiləri də soyğunçuluğa məruz qalıb.

İzləyicilər isə baş verənləri Facebook-da canlı-canlı izləyiblər. Onlar polisə xəbər veriblər. Polis radioya çatanda oğrular artıq hadisə yerini tərk ediblər.
Radionun direktoru isə oğruları yemək gətirən kuryer zənn edərək binaya buraxıb. Hazırda oğruların tapılması üçün təxirəsalınmaz əməliyyat tədbirləri görülür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Банда в прямом эфире ограбила ведущих и гостей радиостанции


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR