Eldəniz Əzizli: "Avropa və dünya çempionu olmağım məndə arxayınlıq yaratmayacaq"

Eldəniz Əzizli: "Avropa və dünya çempionu olmağım məndə arxayınlıq yaratmayacaq"
13:52 5 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

"Artıq hazırlığın son mərhələsindəyik. Özüm aprelin 12-də güləşəcəyəm. İlk olaraq sərbəst güləşçilər, sonra isə qızlar mübarizəyə başlayacaq. Axırda isə yunan-Roma güləşçiləri qüvvəsini sınayacaq. Hazırlıq sarıdan hər şey yaxşıdır. Bütün güləşçilərimiz yarışa çempion olmaq üçün gedirlər. Düşünürəm ki, qarşıdakı Avropa çempionatında daha yaxşı çıxış edəcəyik".
Bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatı barədə danışarkən deyib.
55 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu builki yarışların önəmli olduğunu vurğulayıb. O, bildirib ki, cari ildə "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar: "Demək olar ki, 2019-cu ilin ilk sınağı Avropa çempionatıdır. Hədəfim yenə də qızıl medal qazanmaqdır. Hansı yarışa qatılırıqsa, birinci olmaq üçün mübarizə aparırıq".
Əzili Dünya Güləş Birliyinin açıqladığı reytinq cədvəlində öz çəkisi üzrə ilk pillədə qərarlaşdığını söyləyib: "Olar bilər ki, yarışda digər rəqiblərdən bir görüş az keçirim. Həmişə reytinqdə birinci yerdə olan idmançı bir pillə üstün sayılır. Məsələn, 1/16-dən yox, 1/8 final mərhələsindən başlaya bilərəm. Rəqiblərə gəldikdə, hamısı güclüdür. Rusiyalı idmançıları və dünya çempionatının yarımfinalında qarşılaşdığım gürcüstanlı Nuqzari Tsurtsumiyanı xüsusi qeyd edərdim".
27 yaşlı idmançı son Avropa çempionatının qalibi olsa da, bunun özü üçün arxayınlıq yaratmayacağını deyib: "Heç kimdə arxayınlıq olmur. Bəzən olimpiya çempionu olan şəxs də Avropa çempionu ola bilmir. Olimpiadaya lisenziya qazanmaq istəyirəm. Bu il bizim üçün çox çətin və məsuliyyətli olacaq. Hamı özünü göstərmək və olimpiadaya lisenziya üçün çalışacaq ki, heç bir yarışda məğlub olmasın. Bütün qatıldığımız yarışlarda çempion olmalıyıq ki, məşqçilər heyəti, federasiya rəhbərliyi bizə olimpiadada etimad göstərsin".
Əzizli son olaraq əsas hədəfinin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdan ibarət olduğunu söyləyib: "Məqsədim olimpiya çempionu olmaq və Vətənə qızıl medalla qayıtmaqdır".
Qeyd edək ki, Avropa çempionatı 8 - 14 apreldə keçiriləcək. Yarışa Azərbaycanın, ümumilikdə, 28 güləşçisi qatılacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/eldeniz-ezizli-avropa-cempionu-olmagim-mene-arxayinciliq-yaratmayaca

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR