Ermənistanda komandirə silahlı hücum olub

Ermənistanda komandirə silahlı hücum olub
14:01 5 Aprel 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yerevanda 57 yaşlı şəxs hərbi hissələrdən birinin komandirinə hücum edib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, odlu silahdan açılan atəş nəticəsində yaralanan hərbçi xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, komandir Coni Samsonyana atəş açan şəxs onun sürücüsü işləyib, bir müddət əvvəl isə işdən azad edilib. Hücumun bu səbəbdən baş verdiyi ehtimal edilir.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3042006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR