Oğurluq edən şəxs hadisə yerinə gələn polisə xəsarət yetirdi

Oğurluq edən şəxs hadisə yerinə gələn polisə xəsarət yetirdi
14:05 5 Aprel 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonu ərazisində avtomobildən oğurluğa cəhd göstərən şəxs saxlanılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində naməlum şəxs Dönük Qırıqlı kənd sakini Ə.Həsənovun "Lexus" markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.

Bu zaman səsə-küyə gəlmiş polis serjantı N.Həsənov şübhəli şəxsi saxlayarkən o, polis əməkdaşının əl nahiyəsinə metal alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Lakin görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Qovlar şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Qasımov olması müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR