Məmməd Musayev: Dövlət və özəl sektor arasında dialoqun sadələşdirilməsi Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına kömək edəcək

Məmməd Musayev: Dövlət və özəl sektor arasında dialoqun sadələşdirilməsi Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına kömək edəcək
14:29 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Dövlət və özəl sektor arasında dialoqun sadələşdirilməsini Azərbaycanda investisiya mühitinin yaxşılaşması istiqamətində növbəti addım kimi qiymətləndirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O qeyd edib ki, ölkədə biznesin inkişafı ilə bağlı gözləntilər dövlət səviyyəsində sahibkarlığa göstərilən dəstək sayəsində özünü doğruldur:

“Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın bir çox sahələrində, biznesin şəffaflığında və maliyyə inklüzivliyində öz nəticələrini verir. Biznesin aparılmasının əsas qaydalarından biri şəffaflıqdır, ona görə də bu istiqamətdə optimal şərtlərin yaradılmasını birmənalı olaraq alqışlamaq lazımdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3041934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR