Azərbaycanın sığorta bazarı 2% böyüyüb

Azərbaycanın sığorta bazarı 2% böyüyüb
14:52 5 Aprel 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral aylarında ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 132,819 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05% çoxdur.
2 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 33,116 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 18,2% azdır.
2019-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,9 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,1 manat olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-sigorta-bazari-2-boyuyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR