"Qarabağ" Messinin penaltisini qaytaran qapıçısı ilə bağlı QƏRAR VERDİ

"Qarabağ" Messinin penaltisini qaytaran qapıçısı ilə bağlı QƏRAR VERDİ
15:03 5 Aprel 2019
64 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ” bir futbolçusu ilə yollarını ayırıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mövsümün əvvəlində komandamıza transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.

Qeyd edək ki, Hannes 2018 Dünya Çempionatında Argentina millisinin ulduzu Lionel Messinin penalti zərbəsini geri qaytardıqdan sonra diqqətləri üzərinə çəkmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/274711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR