Martda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Martda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb
15:07 5 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
“Report”un məlumatına görə, martda Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 24 300 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 1986,9 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 1 982,8 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 99,8 olub.
Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 603 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 263 min manat, daxil olan vəsaitin həcmi 263 min manat. Beləliklə, elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.
Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 433 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 30,5 min manat, daxil olan vəsaitin həcmi isə 30,5 min manat təşkil edib. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.
Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 773 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 54,9 min manat, daxil olan vəsaitin həcmi isə 54,9 min manat olub. Culfada elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.
Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 983 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 69,8 min manat, daxil olan vəsaitin həcmi isə 69,8 min manat olub. Ordubadda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.
Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 245 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 159,4 min manat, daxil olan vəsaitin həcmi 159,4 min manat təşkil edib. Şərurda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% icra edilib.
Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 184 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 13 min manat, daxil olan vəsaitin həcmi 13 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.
Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 769 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 54,6 min manat, daxil olan vəsaitin həcmi 54,6 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.
Martda Babək rayonu verilən elektrik enerjisinin ümumi həcmi 1 620 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 115 min manat, daxil olan vəsaitin həcmi 115 min manat olub. Bu rayonda da elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.
Bu ilin üçüncü ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 13 407 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 206,6 min manat, daxil olan vəsaitin həcmi 1 202,5 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99,7% olub.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/martda-naxcivanda-ne-qeder-elektrik-enerjisi-istifade-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR