Qurbanlarını diri-diri yedi - Ortaya çıxan sənədlər qan dondurdu

Floridada birinci dərəcəli cinayətdən saxlanılan Hannibal ləqəbli Harroufun 38 səhifəlik psixoanaliz sənədləri ələ keçib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, ortaya çıxan sənədlər oxuyanların qanını dondurub.

Məhkəməsinin 3 həftə davam etməsi düşünülən Harrouffun özünü Həzrəti İsa hesab etdiyi və şeytanı gördüyünü söylədiyi ortaya çıxıb.

Sənəddə Harrouffun cinayəti törətməsən əvvəl də başqa insanların bədənlərinin parçalarını ləzzətli adlandırdığını və insan əti yeməyi istədiyini bildirib.

Psikotik diaqnozu qoyulan Harrouf bəzən evinə şeytanın gəldiyini düşünür, bacısını şeytandan qorumaq üçün onun yaxınlığında uzanır

Qorxunc cinayətdən bir gün əvvəl Harrouf özünü yarı insan, yarı it olaraq hiss etdiyini və çox sürətlə qaça bildiyini deyib. Hücum zamanı it olduğuna inanan Harrouf qurbanlarını dişləyərək yeməyə çalışıb.

Dişlədiyi qadını bıçaqladıqdan sonra spirtli içki içən adamın bəzən özünü insan başlı at kimi hiss etdiyi də bildirilib. Harraoufun qanında narkotik maddə olub-olmadığına dair analizlər neqativ çıxıb. 4 noyabrda keçiriləcək məhkəmədə Harraoufla bağlı son qərar veriləcək.

\





https://metbuat.az/news/1160376/olmus-ogullarini-bele-xatirladilar.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR