“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib (FOTO)

“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib (FOTO)
15:22 5 Aprel 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak edib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi Vaqif Abdullayevin müəllifi olduğu "“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi " kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Alimin qələmə aldığı əsərdə siyasi, iqtisadi, sosial, humanitar proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür.

N.Cəfərov bildirib ki, Azərbaycan milli elitasının formalaşması prosesində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Müəllif kitabda dərin elmi-fəlsəfi təhlillər əsasında elita məsələsini sosioloji-politoloji rakursdan, “millət-lider-elita” aspektindən işıqlandırılıb. Həm də sovet dövründə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qoruması və inamlı gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib. Dövlət müstəqilliyinin bərpasından sonra elitanın formalaşma prosesi Yeni Azərbaycan Partiyasının bazasında yeni məzmun kəsb edib. “Müəllif haqlı olaraq qeyd edir ki, milli elitanın əsas missiyası dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin bütün bunlar yalnız o zaman mümkün ola bilər ki, milli elita öz xalqını dünyanın inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası öz amalını millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etməsidir”.

Çıxış edən millət vəkilləri Musa Quliyev, Aqil Abbas, Çingiz Qənizadə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, alimlərdən İsgəndər Quliyev, Əlikram Nağıyev və digərləri kitabın nəşrini yüksək qiymətləndirərək müasir sosial-iqtisadi, ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndiriblər. Natiqlər qeyd ediblər ki, müəllif Ulu öndərin qurub-yaratdığı və əmanət etdiyi müasir, müstəqil Azərbaycan möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında zəngin, qüdrətli dövlətə çevrildiyini, iqtisadi, sosial, elm, təhsil, hüquq, humanitar və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətləri zəngin faktlarla təqdim edibdir. Kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanda aparılan iqtisadi və sosial proqramların mühüm uğurları da dərin elmi-fəlsəfi təhlil obyekti kimi mühüm yer tutur.

Mərasimdə çıxış edən kitabın müəllifi Vaqif Abdullayev təqdimat mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib, Ulu öndərin siaysi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3042074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR