BNA marşrutların vəziyyəti ilə bağlı sərnişinlər arasında sorğu keçirir (FOTO)

BNA marşrutların vəziyyəti ilə bağlı sərnişinlər arasında sorğu keçirir (FOTO)
15:29 5 Aprel 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər nəqliyyatını hər kəs üçün daha rahat və əlçatan etmək, sərnişinlərə təhlükəsiz və keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaq üçün tədbirləri davam etdirir.

BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, müntəzəm marşrut xətlərinin optimallaşdırılması, eləcə də yeni xətlərin təşkilində sərnişin axınının əhəmiyyətini nəzərə alaraq, qurum şəhər nəqliyyatı üçün ilk olan layihənin icrasına başlayıb:

"Sərnişin axınının öyrənilməsinə dair məlumatlar elə sərnişinlərin özlərindən alınacaq. Məqsəd paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. Layihənin həyata keçirilməsində əsas dəstəkçilərimiz isə könüllülərdir. Belə ki, "Bir" Tələbə-Könüllü proqramının könüllülərinin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək".

Aprelin 8-dən başlayacaq sorğu 77 gün davam edəcək. Şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu həmçinin, onlayn qaydada da aparılacaq.

Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin, ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR