Texniki Universitetinin tələbəsini maşın vurdu - FOTO

Texniki Universitetinin tələbəsini maşın vurdu - FOTO
15:29 5 Aprel 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın məlumatına görə, “Chrysler” markalı maşın yolun kənarı ilə gedən Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazlı İlkin Bəxtiyar oğlunu maşın vurub.
 
Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. ONA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, xəstə reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Şahidlərinin sözlərinə görə, İ.Şahbazlı yol kənarında saxladığı şəxsi avtomobilinə minmək istəyərkən maşın onu vurub.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR