BMT baş katibi Liviya paytaxtını tərk edəcək

BMT baş katibi Liviya paytaxtını tərk edəcək
15:37 5 Aprel 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Liviya paytaxtı Tripolidə olan BMT baş katibi Antonio Quterreş Liviya Milli Ordusunun yaxınlaşmasına baxmayaraq, Tobruq və Benqazi şəhərlərinə getmək niyyətindədir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Xəlifə Həftərin komandası altındakı Liviya Milli Ordusu müqavimətə rast gəlmədən paytaxtın cənub-qərbindəki bəzi əraziləri tutub.
“Tripolidən Tobruqa sonra Benqaziyə gedirəm. Məqsədim əvvəlki kimi, hərbi toqquşmalara son qoymaqdır. Bir daha Liviyadakı böhrandan hərbi yolla yox, yalnız siyasi yolla çıxmaq olduğunu bildirirəm”, - BMT baş katibi vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-bas-katibi-liviya-paytaxtini-terk-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR