Bakıda xarici turizm nümayəndəlikləri ilə görüş keçirilir - FOTO

Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilir.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, ötən ildən etibarən Büro 6 bazardakı nümayəndəliklə müqavilə imzalayıb:

"İlin ilk aylarından başlayaraq büro fəaliyyətə başlayıb. Bugünkü tədbirdə də biz həmin nümayəndəlikləri Bakıya gətirərək bir növ hesabat görüşü keçiririk". Bəhruz Əsgərov bildirib ki, Azərbaycan üçün prioritet istiqamət sayılan bazarların şaxələndirilməsi Turizm Bürosu üçün əhəmiyyətdir:

"Bu tip tədbirlər bu prosesin dəstəklənməsi üçündür. Bunun davamı olaraq daha 4 bazarda nümayəndə ofislərinin açılması nəzərdə tutulub. Həmin bazarların seçilməsi də gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR