"Bu amillər Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına kömək edəcək"

"Bu amillər Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına kömək edəcək"
15:47 5 Aprel 2019
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət və özəl sektor arasında dialoqun sadələşdirilməsini Azərbaycanda investisiya mühitinin yaxşılaşması istiqamətində növbəti addım kimi qiymətləndirmək lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O qeyd edib ki, ölkədə biznesin inkişafı ilə bağlı gözləntilər dövlət səviyyəsində sahibkarlığa göstərilən dəstək sayəsində özünü doğruldur:

"Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın bir çox sahələrində, biznesin şəffaflığında və maliyyə inklüzivliyində öz nəticələrini verir. Biznesin aparılmasının əsas qaydalarından biri şəffaflıqdır, ona görə də bu istiqamətdə optimal şərtlərin yaradılmasını birmənalı olaraq alqışlamaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR